Olar
Nə desə insanın öz əlindədir,İnam da, güman da yaratmaq olar.Gülüşlə Günəşə meydan oxumaq,Nalədən duman da yaratmaq olar.
Yamandı dad çəkib, haray eyləmək,Zülmün bir gününü bir ay eyləmək.Zindanı çevirib saray eyləmək,Sarayda zindan da yaratmaq olar.
Yaxınlar yad olar, doğmalar qərib,Arxa da çevirər, kim sinə gərib.Dostun ürəyini qana döndərib,Düşmənə dövran da yaratmaq olar.
Qayalı sahili parçalar, yeyər,Hirsindən başını daşlara döyər.Nəğmə də oxuyar, şeir də deyər,Dənizdə tufan da yaratmaq olar.
Göz nəyi seçir ki, qaralanda qan,Yandırar aləmi alışanda can.Ümmana göl deyib, gözdən salarsan,Damlada ümman da yaratmaq olar.
Sirri batırmaq da, faş eyləmək də,Gözü güldürmək də, yaş eyləmək də,İnsanı qurudub daş eyləmək də,Qayadan insan da yaratmaq olar.1977, 17 mart
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-olar-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dedilər Bakıdan qonağın gəlir,Söz gəzdi dodaqdan-dodağa, Təbriz.
Şəhriyar qəzəliHaqdan ilham alanların meyvə sözü, bar qəzəli,Yazdırır haqq aşiqinə ismət ilə ar qəzəli.
TəcnisŞair dərdi nə dilbilməz olurmuş,Necə deyim, divar, anla; divar, qan.
Xatirəyə dönəcəksənXatirəyə dönmək üçünölmək hələ bəs eyləmir.
Стихи других поэтов
Ay silkinib gedən yaşılbaş sona,Səndə tər cığalar, tellər görünər.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Cəfərqulu xanın vəfatı münasibətilə təziyənaməƏfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.