Təcnis
Şair dərdi nə dilbilməz olurmuş,Necə deyim, divar, anla; divar, qan.Bir ömürdə min bir ömür yaşayır,Bacarırsan, di var, anla, di var, qan.
Yaxşı bilər öz içi nə, çəkilər,Fikri Hində, özü Çinə çəkilər,İçi qandı, öz içinə çəkilər,Otaq zülmət, qapı bağlı, divar qan.
Yaman gözdən gül yayına, gül gəzə,Gül əllərdə gül dolana, gül gəzə,Aşıq Abbas yetişsə də Gülgəzə,Şah Abbasdan nələr çəkdi Divarqan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-tecnis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yoxsulluq əlindən göz açmayaydım,Kasıb doğulaydım, kasıb öləydim.
Əlini üzmə millətdənDüşəcək düşmən başına,Bu daş iridi, qardaşım.
NarazıNeyləsin boz səhrada dəvəsi ölmüş ərəb?Kimi ölmüş dəvədən, kimi atdan narazı.
Bələkdən təzəcə açılan uşaqBələkdən təzəcə açılan uşaq,Allahın bir parça işığı, nuru.
Стихи других поэтов
Yerin alt qatına çox da əl atma,Götürübən yerə vurarlar səni.
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu