İtirdiyim “dosta” ərməğan
Yoxsulluq əlindən göz açmayaydım,Kasıb doğulaydım, kasıb öləydim.Gəlməsə Allahın ucuz ölümü,Qeyrət damarını kəsib öləydim,Kaş sənə həyatda rast gəlməyəydim!
Heç nəyi zamandan gizlətmək olmur,Vaxtın üzü belə, astarı belə.Çəkir imtahana, salır sınağa,Bax, belə tanıdır dostları, belə!
Un kimi, dən kimi dost da, düşmən də,Ələnir xəlbirdən, keçir ələkdən.Həqiqi məhəbbət, həqiqi sevgi,Beləcə ayrılır küydən, kələkdən.
Mən haqqı tanıyan adamam, qardaş,Yersiz nə küyüm var, nə kələyim var.Zamanı gələndə, vaxtı çatanda,Mənim öz şadaram, öz ələyim var.
Sən şeytan yoluyla qazandığını,Mən Allah yoluyla çoxdan almışam.Boynumda heç kəsin minnəti yoxdur,Mənə nə verilib, haqdan almışam!
Otuz il əlimdə qələm işlədi,Varağa bir kəlmə qeybət düşmədi.Əsdi mən tərəfdən sevda yelləri,Heç kəsin payına nifrət düşmədi.
Deyərəm, Allahın öz işləridi,Göynəsə ürəyim, sızlasa yaram.Sənin pisliyinlə enib zirvədən,Qələmi çirkaba bulaşdırmaram!
Dostluğun sarayı neçə pillədi,Kim taxta ucaldı, kim endi taxtdan.Kiminki sevgidi, kiminki tamah,Qoy Allah ayırsın haqqı nahaqdan.
Mən elə bilirdim sənsən sirdaşım,Ruhuma doğmasan, könlümə yarsan.Mən sənə dağlardan nəğmə gətirdim,Dedim dağlar kimi uca durarsan!
Ən böyük düşmənsən özün-özünə,Suçu nə məndə gör, nə də xalıqda.Bir zirvə vermişdi Yaradan sənə,Dayana bilmədin o ucalıqda!!!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-itirdiyim-dosta-ermegan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gözə dayaq, ruha bayraq,Haqqa silahdı şairlər.
Bu taxta qədərGec gəlmək yaxşıdı heç gəlməməkdən,Məni yarıtmadın bu vaxta qədər.
Şairlər gəlmişdiŞairlər gəlmişdi bizə bu axşam,Şairlər gəlmişdi, cahan şairlər.
Çarmıx görən təkcə İsa deyil ki...Çarmıx görən təkcə İsa deyil ki,Biri deyil, yüzü dara çəkiblər.
Стихи других поэтов · О божественной любви
Aləm düşdü gözlərimdən,Mən aləmi dərk edəndən…
Şikayətnaməİlahi, bu nə eşq, bu nə möhnətdir?Ənisim gah behcət, həmdəmim gahi müsibətdir.
Əlhəmdülillah, fikrimdir AllahƏlhəmdülillah, fikrimdir Allah,Fikrimdir Allah, əlhəmdülillah.
Küçük bir levhəEhtizaz etmədə hər yanda behişti-nəfəxat,Oqşuyor səhn çəmənzarı yenə ruhi-bahar.