Gec gəlmək yaxşıdı heç gəlməməkdən,Məni yarıtmadın bu vaxta qədər.Sən məni duymadın bu qara daşca,Sən məni duymadın bu taxta qədər.

Bir qara qəpiyəm, qara şahıyam,Yerin həsrətiyəm, göyün ahıyam.Mən daha bu gündən dərd allahıyam,Sən məni qaldırdın bu taxta qədər.

Zəhərli aşından doymuşam daha,Turşumuş qaşından doymuşam daha,Qarından, qışından doymuşam daha,Soyuqsan, bu sazaq, bu şaxta qədər.

2003, 25 may

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов