Şairlər gəlmişdi
Şairlər gəlmişdi bizə bu axşam,Şairlər gəlmişdi, cahan şairlər.Ömrün baharında qaynayıb daşan,Təbii sellər kimi rəvan şairlər.
Arılar işgüzar, pətəklər dolu,Göz nurdan, söz candan şirə çəkirdi.Özünə əzizdir hər kəsin yolu,Hərə öz sevdiyi yerə çəkirdi.
Köksü gah qabarır, gah çəkilirdi,Duyan can atırdı duyulmaq üçün.Biri Nəsimini Allah bilirdi,Dərisi yanırdı soyulmaq üçün.
Sabir fırtınası sədləri yardı,Köz kimi qaynadı baxışlarında.Ulu şairlərin işığı vardı,Dəli şairlərin naxışlarında.
Coşqun, istiqanlı, qaynar, havalı,Vaqif meyvəsiydi, Vurğun barıydı.Bayatı ətirli, qoşma yuvalı,Hər budaq bir kökün yadigarıydı.
Bir şair gəlmişdi çılğın, qaraqaş,Elə bil Müşfiqin özüydü, Tanrım.Ruhunda həyəcan, qəlbində təlaş,Gözləri Müşfiqin gözüydü, Tanrım.
Qurduğu yuvanı boş qoymaz Allah,Qocalıq dünənim, gənclik sabahım.Duyğulu ürəklər Haqq adlı dərgah,Şair səngərimdi, şeir silahım.
Şairlər gəlmişdi bizə bu axşam,Şairlər gəlmişdi, cavan şairlər.Ruhları çilçıraq, ürəkləri şam,Zülmətin gözünü oyan şairlər.
Dilində ilahi bir ləngər olur,Nəfəsi həmişə təzətər olur.Oxucu gözündə peyğəmbər olur,Şeiri Allahıtək sevən şairlər.Şairlər gəlmişdi bizə bu axşam,Şairlər gəlmişdi, cavan şairlər.
2003, 30 may
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sairler-gelmisdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu gün qara geymişəm, qara günümdür mənim,Dünyanı silkələyən ahım, ünümdür mənim,
Qara bayraqQara bayraq sancılıb gözümüzün yaşına,Qara bayraq sancılıb bağrımızın başına,
Mən haqqın keşikçisi...Qoşuram öz səsimi haqq çağıran səslərə,Qatıram nəfəsimi ən isti nəfəslərə.
YoxdurYaman tutub, heç buraxmır yaxamı qəm,Qəmdən ötrü axşam yoxdu, sabah yoxdu.
Стихи других поэтов · О божественной любви
Xudaya, mən düşən dərdə sən əğyarı giriftar et,Mənim tək yar yanında, xudavənda, onu xar et
Asivü bədəməlü rusiyəhü xaram mənEy xuda, sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eyləyib ağlaram mən.
Ayrı salmasınBaşına döndüyüm alagöz Pəri,Tanrı səni məndən ayrı salmasın.
NeyləsinDeyirsən ki: “Mən neyləyim?O Məcnundu, mən Leyliyəm”!