Yoxdur
Yaman tutub, heç buraxmır yaxamı qəm,Qəmdən ötrü axşam yoxdu, sabah yoxdu.Qasırğalar qucağında tək gəmiyəm,Arxa yoxdu, ümid yoxdu, pənah yoxdu.
Niyə məni gözü yesin, qaralasın,Niyə məni şər gülləsi yaralasın?Qoy haqqımı haqq nahaqdan aralasın,Tanrı varsa, bilsin məndə günah yoxdu.
Düşmənə bax, xəzinəmə əl aparır,Hər gün məni dolu döyür, sel aparır.Gələn məndən qızıl çəkir, ləl aparır,Vallah, məndə dırnaq boyda tamah yoxdu.
Çətinliyim, gərginliyim, əsəbim var,Əsəbimi tarım çəkən əzabım var.Niyə mənim dağlar boyda qəzəbim var,Əllərimdə bir əl boyda silah yoxdu?!
Haqq almırsa əldə qabar, alında tər,Xeyrin üstə qanadını gərirsə şər,Demək, onda yer üzündə bir peyğəmbər,Demək, onda göy üzündə Allah yoxdu!!!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-yoxdur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nə mən xırd satanam, nə sən xırd alan,Döndərmə bu evi dükan-bazara.
Aman ölüm, mən dediyim vaxtda gəl!Sən dediyin vaxta sığmır arzular,Aman ölüm, mən dediyim vaxtda gə!
Salavat çevirSalamat qurtardın bu çaxnaşmadan,Ağrına, ahına salavat çevir.
Ölümlə tanışlıq.Ölümlə tanışlıq belə başlanır,Çəkilir canından od-atəş indi.
Стихи других поэтов · О божественной любви
Kuhi-Tur olsa səlabətdə dili-aşiqi-zar,Duymaya tabi-təcəlliyə yenə Musa var
Qaraçı qızQaraçı qız sinəsini verib qabağaKirpiyindən, dodağından məhəbbət axır.
برگِ عیش آماده از فقر و قناعت شد مرادستِ خود از هر چه شستم پاک، قسمت شد مرا
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.