Ölümlə tanışlıq.
Ölümlə tanışlıq belə başlanır,Çəkilir canından od-atəş indi.Yer-göy qucaqlasa, mənası yoxdur,İsitməz canını min günəş indi.
Sən ki başdan-başa oddun, hənirdin,Nə tez buludların qoynuna girdin?Qolların gücünə çox güvənirdin,Gəlib o pəhləvan, gəl güləş indi.
Bir az asta yeri, bir az asta gəz,“Demə ki, tufanlar qəddimi əyməz”.Sənin mübarizən bir çöpə dəyməz,Yüz vuruş, yüz döyüş, yüz əlləş indi.
Can nədir, canından çıxan ah bilər,Ağrılar özünü taxtda şah bilər.Kim kimi yıxacaq, bir Allah bilər,Pəncə vur, əcəllə pəncələş indi.
2004, aprel
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-olumle-tanisliq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qocatəpə camesi... namaz cümə namazı,Tanrı ibadətində qırx min adam var, azı.
Ağlı yoxduSaz dillənir, köz-köz olub yanıram,Gözü yoxdu bu sehrə göz yumanın.
Yaşıl tağ üstündə yaşıl yarpaq olYanıma gələndə yaşıl gey, gözəl,Qarşıma yamyaşıl çəmən kimi gəl.
Məhəmməd FüzuliyəEy Füzuli! Eşqin yenə məclisimə tam gətirib,Nur dolu bir badə süzüb, sevgi dolu cam gətirib.
Стихи других поэтов · О смерти
Yaşamağı sevirəm...*Manafzadə Sabit yoldaşıma*
Hele bir kimsenin yoxdu xeberiHələ bir kimsənin yoxdu xəbəriMəni bu yerlərə səsliyən nədir.
GəlmişəmÇamlı beldən durub səfər eylədim,İslambolun güzərinə gəlmişəm,
Рубайят, 46گر ملک تو مصر و روم و چین خواهد بودآفاق تو را زیر نگین خواهد بود