Gənc şairə
Girmə bu meydana soyuq ürəklə,Köhnə dəmir kimi qızırsansa, gəl.Qarşını kəssə də qayalı dağlar,Qayadan damlatək sızırsansa, gəl.
Beşik böyüdəcək bələk deyəni,Fələkdən üstün de fələk deyəni.Tanrı buyuranı, mələk deyəni,Peyğəmbər dilində yazırsansa, gəl.
Duyğular daşırsa sözün camında,Həyat nurlanırsa könül şamında.Fikir zirvəsində, söz məqamında,İmamsan, Nəbisən, Xızırsansa, gəl.
İşıqsız, ilhamsız bir ömür hədər,Sevgilin düşüncə, sirdaşın kədər.Son dəfə çəkdiyin nəfəsə qədər,Fikir əzabına hazırsansa, gəl.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-genc-saire
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Yenə fitnə alıb meydan,Müftinlər sürür dövran.
O bivəfa mənim istəkli yarım onda idiO bivəfa mənim istəkli yarım onda idi,Əsiri bir mən idim, ixtiyarım onda idi.
Yer yox ikən, gög yox ikən, ta əzəldən var idimДо сотворения мира началом начал был я,Тех, кто камней драгоценных ярче сверкал, был я.
Qara gözlərO gündən beş ildir tamam,Oruc tutmam, namaz qılmam