Ayrılığın həsrət, hüzn,Mənim həsrət kitabımsan.Ağrısı çox ömrümüzün,Mənim həsrət kitabımsan.

Gözümün yaşı duzladı,Bağrımın başı buzladı,Qəlbimin teli sızladı,Mənim həsrət kitabımsan.

Qayğıları başdan aşan,Fikri-zikri aşıb-daşan,Gündən-günə qalınlaşan,Mənim həsrət kitabımsan.

Mən yerdə, sən yeddi qatda,Fırlanırıq Kainatda.Qovuşmadıq bu həyatda,Mənim tale kitabımsan.

Hey səslərəm, soraqlaram,Nisgilimi qucaqlaram.Xəyalımla varaqlaram,Mənim həsrət kitabımsan.

2001, 12 mart

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов