Qarabağ şikəstəsi
Bahar fəsli, yaz ayı,Ömrün oğlan çağıdır.Bu nəğmənin vətəniŞahinlər oylağıdır.Qəhqəhəsi tükənməz,Qaynar səs bulağıdır.Zirvələrə səsləyir,Duya bilən hər kəsi, –Qarabağ şikəstəsi.
Qələbəm, zəfərimdi,Qəhrəmanlıq rəngidir.Arxalanıb dağlara,Çayların ahəngidir.Mahnıların başında,Bir şöhrət çələngidir.Xalqımızın gur səsi,Qarabağ şikəstəsi.
Bu avazda yurdumunSöhbəti var, dəmi var.Bircə şirin xalındaMin sevinci, qəmi var.Döyüşə cəsarəti,Yaraya məlhəmi var.Yatmaz, ayağa qalxar,Ayın, ilin xəstəsi.Oxunanda yanındaQarabağ şikəstəsi.
Titrəyən bir ürəkdir,Teli yara bağlıdır.Zirvələrdi məskəni,Meyli qara bağlıdır.Bir diyarın eşqidir,Min diyara bağlıdır.Göydə qanad saxlayar,Durnaların dəstəsi,Çatanda qulağınaQarabağ şikəstəsi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-qarabag-sikestesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Nə gecəydi, nə gündüzdü,Baxdıq, göz-gözü görmədi.
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Mürəbbə: Quberniya bina olandan bəriQuberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb
AğlayıbBir cavan ölübdü qürbət diyarda,Vətənin torpağı, daşı ağlayıb.