Həqiqəti gəzə-gəzə yaşadı,Haqq görmədi, haqdan yazan yoruldu.Səsi gedib Yaradana çatmadı,Çiçək ömrü oldu xəzan, yoruldu.

Allahındı hər daş-divar, hər kaha,Qurban gəldik Allah quran dərgaha.Yarımadıq, çox yalvardıq Allaha,Yerdə məscid, göydə əzan yoruldu.

Boynumuzda yerin-göyün minnəti,Başımızda bədxahların töhməti.Yuxularda gördük ancaq cənnəti,Danışmaqdan yuxu yozan yoruldu.

Yatanlara necə deyim qalx, ayıl,Ölümlərə meydan oxu, say, sayıl.Gor eşməkdən yorulmadı Əzrayıl,Yer eşməkdən qəbirqazan yoruldu.

2000, 27 sentyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви