Mahal ismayıloğluna
Özüm dərdəm, adım dərdnən adaşdı,Ağlamaqnan bağrım yaman badaşdı.Yağı gəldi, sədlərimi yad aşdı,Gəl başa sal dilbilməzi, naşını,Tanrım, qurut gözlərimin yaşını!
Yaman dərddi torpaq dərdi, daş dərdi,Daş taleyim daş becərdi, daş dərdi.Göz-göz oldu gözümdəki yaş dərdi,Qara bulud yaman çatdı qaşını,Tanrım, qurut gözlərimin yaşını!
Qanadımın biri həsrət, biri qəm,Ölmüş mənəm, diri həsrət, diri qəm.Daha bəsdir, kiri, həsrət, kiri, qəm,Zəhərləmə süfrəmizin aşını,Tanrım, qurut gözlərimin yaşını!
Halal haqqım, halal sayım var idi,Nə bu hayım, nə harayım var idi.Bəy otağım, xan sarayım var idi,Daş üstündə qoymadılar daşını,Tanrım, qurut gözlərimin yaşını!
Fənd işlədib başı başa vurdular,Nifrət ilə daşı daşa vurdular.Büllur qabı çopur daşa vurdular,Sındırdılar könlümdəki kaşını,Tanrım, qurut gözlərimin yaşını!
Talan olmuş bir yurd olub getmişəm,Xırdalanıb mən xırd olub getmişəm.Mən qurd kimi, manqurt olub getmişəm,Unutmuşam tariximin yaşını,Tanrım, qurut gözlərimin yaşını!
Bu nə gündü, bu nə kökdü, nə haldı,Ah çəkməkdən yer üzünü ah aldı.Ağlar qalan Zəlimxandı, Mahaldı,Sel uçurdu yarğanların qaşını,Tanrım, qurut gözlərimin yaşını!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-mahal-ismayilogluna
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ay dolandı, il hərlədi çarxını,Əlli gəldi, keçdim ömrün qırxını.
GöygölSazın “Müxəmməs”i, “Misri”, “Dilqəmi”,Tarın “Cahargah”ı, “Şuru”udu Göygöl.
Ey Allahı sevənlərQulaq asın haqdan gələn səslərə,Qulaq olun, ey Allahı sevənlər.
Gözümə az dəyir qarapapaqlarHər dəfə şəhərdən kəndə dönəndə,Üzür ürəyimi bir nigaranlıq.
Стихи других поэтов
Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəha,Pünhan olan gözün ol dəm şol afitab olur, şəha,
Doğma musiqiQopardı ruhumu bu gün yerinden,Elimin qəlbindən gələn nəğmələr.
Müsəmmən: Əlminnətü lillah ki, murad oldu müyəssərƏlminnətü lillah ki, murad oldu müyəssərBəzm içrə mənə uğradı rəna iki dilbər
Demə, zahida, sərgüzəşti-behiştDemə, zahida, sərgüzəşti-behişt,Yoxumdur mənim meyli-gəşti-behişt.