Ey Allahı sevənlər
Qulaq asın haqdan gələn səslərə,Qulaq olun, ey Allahı sevənlər.Qucaq açın Allah deyən kəslərə,Qucaq olun, ey Allahı sevənlər!
Allah olsun dilinizin duası,Allah olsun gözünüzün şüası.Allah olsun qəlbinizin mayası,Çıraq olun, ey Allahı sevənlər!
Gözəlliyin taxtı-tacı qurulsun,Vurulanlar dönsün bir də vurulsun.Sizə baxsın, bulananlar durulsun,Bulaq olun, ey Allahı sevənlər!
Çeşmə duru, dəniz duru, qum duru,Gül üstə şeh göz yaşından dumduru.Hikkənizi içinizdə dondurun,Uşaq olun, ey Allahı sevənlər!
Dinsizlərin insafından, dinindən,Nifrətindən, qəzəbindən, kinindən,İblisindən, şeytanından, cinindən,Uzaq olun, ey Allahı sevənlər!
Göyə baxın dan ulduzu doğanda,İşıqlanın, nur zülməti boğanda.Haqqın nuru yağış kimi yağanda,Torpaq olun, ey Allahı sevənlər!
Ayaz dəymiş yanaqları qızdırın,Şaxta vurmuş barmaqları qızdırın,Buza dönmüş otaqları qızdırın,Ocaq olun, ey Allahı sevənlər!
Yükünüzü, çəkinizi tanıyın,Allah adlı təkinizi tanıyın,Yerə baxın, kökünüzü tanıyın,Budaq olun, ey Allahı sevənlər!
Könül dostum bir Günəşdi, bir Aydı,Qəlbimdəki haqdan gələn haraydı.Zəlimxanın ürəyi bir saraydı,Qonaq olun, ey Allahı sevənlər!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-ey-allahi-sevenler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Xudaya, mən düşən dərdə sən əğyarı giriftar et,Mənim tək yar yanında, xudavənda, onu xar et
Şeyxim“Peyğəmbərdən sonra şairlər gəlir”.*Nizami*
Soyuq mehrŞamaxının qışı – uzun, sərt, soyuq,Soyuq – burdan bitişibdi adına.
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydıМой бог, как было б хорошо не знать, какой нам жребий дан.Когда бы не было меня, познавшей горе и обман.