Hardan gəlir Zəlimxan
Hardan gəlir Zəlimxan – anasının südündən,Atasının insanı yüksəldən öyüdündən,Pir olmuş babasının pirləşən ağılından,Nur olmuş nənəsinin bal kimi nağılından.İnsanın, insanlığın Adəmindən, Nuhundan,Yaradanın eşqindən, yaranmışın ruhundan.Min ildir ki yorulmur, dərs öyrənir “Manas”dan.Türkün öz taleyidi,Təpədən-dırnağacan Zəlimxandı bu dastan.Dünənin işi deyil, Zəlimxan başdan gəlir.Gültəkinə, Orxona, Yeniseyə yazılıb,Qisməti daşdan çıxır,Tarixi daşdan gəlir.Bir əli yer üzündə, bir əli də haqdadı,Xəyalı göylərdədi, mayası torpaqdadı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-hardan-gelir-zelimxan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О судьбе
Allah, Allah, bu bütün hansı könül xanəsidir?Hansı bir bəxtəvərin sevgili cananəsidir?
Fərman əlindədirSahildə aparmış məni əl boyda bir qayıq,Sahildə uzaqda qayıq ümman əlindədir.
Bakılı qızBakılı qız, paytaxtımın gözəlisən,Öz eşqimin, öz bəxtimin əzəlisən.
Üç yaşına çatıramTale küsüb, qismət qaçıb, bəxt yatıb,Kövrəlmişəm, üç yaşına çatıram.