Qalmaz
Bu gün qara geymişəm, qara günümdür mənim,Dünyanı silkələyən ahım, ünümdür mənim,Şəhidlər xiyabanı qibləm, yönümdür mənim,Öz dərdimi çəkməsəm, özgələr dərdə qalmaz!
Tale məni köklədi bir qəmli zaman üstə,Yatan yatır məzarda, qalan qalıb can üstə.Ağladaram dünyanı saz üstə, kaman üstə,Bu gün əlim dəyməmiş sim qalmaz, pərdə qalmaz!
Çox uzaq gedə bilməz bu qurğular, hoqqalar,Dönər Misri qılınca, yüz yalanı şaqqalar.Lap dünya dağılsa da, öz yerini haqq alar,Heç vaxt xeyrin qisası böhtanda, şərdə qalmaz!
Xəyanət küləkləri harın-harın əssə də,Ölüm, həsrət, ayrılıq qapıları kəssə də,Dərdli könül inciyib ruzigardan küssə də,Mərdlər arxayın olsun, dünya namərdə qalmaz!
Vicdanın işığında həyat duru görünər,Hər addımda dünyanın bir uğuru görünər.Şəhidin torpağında haqqın nuru görünər,Cəlladın sifətində ismətdən pərdə qalmaz!
Sınar dağların beli, bu qədər ah götürməz,Adı insan olan kəs belə günah götürməz.Yerdə bəndə götürsə, göydə Allah götürməz,Qəm yemə, dəli könlüm, nahaq qan yerdə qalmaz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-qalmaz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Bəh-bəh, kənə bu çay nədəndir? Bu yəqindir ki, bunun əslini Allah yaradıb xəlqə, vəli Kızlı imiş tapdı bu dürri-ədəni, xarici məzhəb.Edib afaqə huveyda, salıb aləmlərə ğovğa qılıb hər işrəti icad eyləyib, Çayi-Xətanı adını qoydu Xətayi, belə pərmikər xətadır bu xətayı.
Göyüzündən – Allahın ayağı altından nurdən dənləməyəTanrıdan uzaqlaşdıqca insanlarqanadsızlaşır, qəddarlaşır onlar,
MəhəmmədÜç yolla piyada gəldim qapına,Olmadın dərdimin halı, Məhəmməd!
OlaAllah bu zalım divanıYıxıb bir dəyişərmi ola?