Çaqqalların vəzifəsigecə-gündüz ulamaqdı,Tülkülərin vəzifəsiquyruğunu bulamaqdı.İlanların vəzifəsiölə-ölə sürünməkdi,Qartalların vəzifəsizirvələrdə görünməkdi.Bülbüllərin vəzifəsicəh-cəh vurub oxumaqdı,Arıların vəzifəsibaldan şanı toxumaqdı.Şeytanların vəzifəsiona-buna şər atmaqdı,İnsanların vəzifəsiyaşatmaqdı, yaratmaqdı.Əlli yaşa yetişməmişnələr gördü, gözüm nələr,İnsanların arasındatez-tez çaşbaş salınsa da,Heyvanların arasındaçaşbaş düşmür vəzifələr!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов