“Türk ocağı”nda görüş
Meydan bizim, şəhər bizim, yurd bizim,Biz nə küncdə, nə bucaqda görüşdük.Özül daşı min il əvvəl qoyulmuş,Ağ sarayda, gen otaqda görüşdük.
Öz elimdi türkün eli, ulusu,Ulu tarix, ulu torpaq, ulu su.Görə bildik gözlərimiz dolusu,Sevgi adlı bir bulaqda görüşdük.
Kitabım bir, imanım bir, dinim bir,Süsənim bir, sünbülüm bir, dənim bir.Olacaq bir, dönəcək bir, dönüm bir,Bir kök üstə min budaqda görüşdük.
Görüşənlər bir-birinə yovuşdu,Bir olanda dərd bizlərdən sovuşdu.Dünənimiz, bu günümüz qovuşdu,Həm yaxında, həm uzaqda görüşdük.
Öz ömründən ömürlərə pay verən,Bayrağına ulduz verən, Ay verən,Gündoğandan günbatana hay verənMöcüzəli bir torpaqda görüşdük.
“Türk ocağı” beşiyidir türkümün,Türküm oddu, türküm səsdi, türküm ün.Tarixidi görkəmimin, görkümün,Bax bu yurdda, bu ocaqda görüşdük.
İstanbul, 1994, yanvar
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-turk-ocagi-nda-gorus
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Salam, ağ kəfənim, qara tabutum,Qara ağsız olmaz, ağ da qarasız.
Sabahın dilində danışDilsiz bu dünyanın heç nəyi yoxdu,Ümid ol, sabahın dilində danış.
Yazmaq olmur, əzizimDəniz dəli, çay havalı, su qanlı,Üzmək olmur, üzmək olmur, əzizim.
Dədə barışdırar, gədə küsdürərHaqq üçünbaşını verər cəllada,
Стихи других поэтов · О родине
Mən şirin ləhcəli bir bülbüləm ki,Güllərdən küsərəm, səndən küsmərəm!
Gəncüm AğayaGəncüm ağa, vilayətin dərdiniƏlbəttə get sahibkara ərz elə
ز چشم من چو تو ناظر به حسن خویشتننیچرا نقاب ز رخسار خود نمیفکنی
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.