Salam, ağ kəfənim, qara tabutum,Qara ağsız olmaz, ağ da qarasız.Hər köçüb gedənlə sönər bir işıq,Yer tutqun görünər, göy ayparasız.

“Zikr eylə” dedilər, zikrdən öldük,“Şükr eylə” dedilər, şükrdən öldük.Fikir çəkə-çəkə fikirdən öldük,Əcəlin əlində qaldıq çarasız.

İşığı sönməz bir şam göstərin,Ya saray göstərin, ya dam göstərin.Mənə bircə nəfər adam göstərin, —Ağrısız, acısız, yassız, yarasız.

2005, iyul

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви