Göyqurşağı
Gözüm gördü, könlüm sevdi, vuruldu,Taxtım-tacım göy üzündə quruldu.Duyğularım çeşmə kimi duruldu,Eşqin nuru, bəxtin ağı göründü!İstanbulda göyqurşağı göründü!
Allah dedim, tapınmadım bütə mən,Ucalıqda Aydan, Gündən ötə mən.Atilla mən, Alparslan mən, Mete mən,Yurdun neçə yanar dağı göründü!İstanbulda göyqurşağı göründü!
Osman kimi ər ad gəldi dünyaya,Orxan gəldi, Murad gəldi dünyaya,Fateh ilə həyat gəldi dünyaya,Sarayların qızıl tağı göründü!İstanbulda göyqurşağı göründü!
Üfüqləri çiyni üstə saxlayan,At üstündə sellər kimi çağlayan,Gündoğanı günbatana bağlayan,Ürəklərin bəndi, bağı göründü!İstanbulda göyqurşağı göründü!
O nur türkün səhəriydi, danıydı,Çanaqqala şəhidinin qanıydı,Ömrümüzün ən mənalı qanıydı,Türk əsrinin gülən çağı göründü!İstanbulda göyqurşağı göründü!
Yer də, göy də çiçək oldu gözümdə,Gözəl oldu, göyçək oldu gözümdə.Gördüklərim mələk oldu gözümdə,Məscidlərin güllü bağı göründü!Yer üzünün nemətindən doymamış,Gözlərimə göyqurşağı göründü!
İstanbul, 1994, yanvarƏrəbistan dəftəri
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-goyqursagi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İşığı söndü şamların,Kərəni yatdı damların.
İtirdiyim “dosta” ərməğanYoxsulluq əlindən göz açmayaydım,Kasıb doğulaydım, kasıb öləydim.
Əlini üzmə millətdənDüşəcək düşmən başına,Bu daş iridi, qardaşım.
NarazıNeyləsin boz səhrada dəvəsi ölmüş ərəb?Kimi ölmüş dəvədən, kimi atdan narazı.
Стихи других поэтов
Mənə elə gəlir insandır dəniz,İnsanın səsi var onun səsində.
QasımMat qalmışam bu dövranın işinə,Heyranam vallahı, billahı, Qasım!
Arxası getdiBir budaq üzülüb qopdu ağacdan,Bağrımdan bağrımın parası getdi.
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,