Su gözünə çöp yığılıb
İşığı söndü şamların,Kərəni yatdı damların.Zülmət olan adamların,İçi suyu bulandırıb.
Piyləndikcə şişib harın,Başa qədər qalxıb qarın.Neçə-neçə günahkarın,Suçu suyu bulandırıb.
Zəhəri çox ilanların,Sərhədi yox yalanların.Karvan-karvan talanların,Köçü suyu bulandırıb.
Köpük qalxıb, köp yığılıb,Su gözünə çöp yığılıb.Dəcəl, çolaq, çəp yığılıb,Üçü suyu bulandırıb.
Düşən şehdi, axan sudu,Saflıq gözümün nurudu.Qaynar çeşmə dumdurudu,Keçi suyu bulandırıb.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-su-gozune-cop-yigilib
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Başına döndüyüm, ey şahi-xuban,Şikəst verir yeni aya qaşların,
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
DünyadaVarlıya dost olub, kasıba gülmə,Çox da havalanıb, coşma dünyada.