Milçəktək vızıldama,Çibantək sızıldama,Mal kimi mızıldama,Pıçhapıça haşa de.Kişisən aydın danış,Sözünü birbaşa de!

Ruh dinsin, can danışsın,Təkcə dil danışmasın,Damarda qan danışsın.İstəyirsən insana,İstəyirsən daşa de,Kişisən aydın danış,Sözünü birbaşa de!

Dil varsa, dodaq varsa,Dodağın altı nədir?Boy varsa, buxun varsa,Kölgə, qaraltı nədir?Dünya dolu işıqsa,Ürəyin xıltı nədir?Xırdalama insanı,Ona bəy de, paşa de!Kişisən aydın danış,Sözünü birbaşa de!

2001, 16 mart

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов