Qələbə çalmağa nə var
Qorxaqlığı tərk eyləsən,Qələbə çalmağa nə var.Torpaq nədir – dərk eyləsən,Qələbə çalmağa nə var?!
Ortada düşük olmasa,Torbada pişik olmasa,Gəmidə deşik olmasa,Qələbə çalmağa nə var?!
Ayrılmasaq köçümüzdən,İbrət alsaq suçumuzdan,Çürüməsək içimizdən,Qələbə çalmağa nə var?!
Millətimiz bir olanda,Birliyimiz pir olanda,Döyüş vaxtı şir olandaQələbə çalmağa nə var?!
İman, insaf olan yerdə,Duyğular saf olan yerdə,Fikir şəffaf olan yerdəQələbə çalmağa nə var?!
“Millət!” – desin ucalan səs,“Vətən!” – desin hər dinən kəs,Satqınların kökünü kəs,Qələbə çalmağa nə var?!
Şəhid kimi tapşır qanı,İgid kimi al meydanı.Öldür içində şeytanıQələbə çalmağa nə var?!
Məğlub olmaq zəncirdisə,Məğlub olmaq kəndirdisə,Məğlub olmaq təhqirdisə,Məğlub olmaq qəbirdisə,Qələbə son ümid yeri,Qələbə son tədbirdisə,Qələbə çalmağa nə var?!
2001, 13 mart
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-qelebe-calmaga-ne-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Ey Molla dayı, gəl bu müsəlmanə dolaşma,İnsaf elo, hər sahibi-iymanə dolaşma.
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
BorcluyamBir ömrü yüz ömrə calasam beləİnsanlara borcum qurtarmaz mənim.
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.