Bu Vətən bizim
Qara buludların yaxasını cır,Qəfıl şimşəklərin inadını qır.Yer kimi silkələn, göy kimi hayqır,Durma, vətən oğlu, səngərlərdən aş,Savaş istəyirəm, dəli bir savaş!
Analar ağrıda, bacılar yasda,Qaragün talelər qara libasda.İgidim mürgüdə, qılıncım pasda,İllərdi qurumur gözümdəki yaş,Savaş istəyirəm, dəli bir savaş!
Durub dayanmağın sırası deyil,Yadlar halımızı sorası deyil.Çıxan qan damarda durası deyil,Qonşudan atılıb bostanıma daş,Savaş istəyirəm, dəli bir savaş!
Könül də, baxış da, ürək də, can da,Savaş deməlidi bu çətin anda.Millətin damarda qanı coşanda,“Baxaq”lar, “görək”lər olmayaydı kaş,Savaş istəyirəm, dəli bir savaş!
Tarix on üç yaşlı möcüzə görüb,Bizi tufanlarla üz-üzə görüb,Bizi ölümlərlə göz-gözə görüb,Hanı Şah İsmayıl, hanı qızılbaş,Savaş istəyirəm, dəli bir savaş!
Can bizim, baş bizim, ruh-bədən bizim,Gül bizim, çöl bizim, göy çəmən bizim.Yer bizim, göy bizim, bu Vətən bizim,Millətin yolunda qurbandır bu baş,Savaş istəyirəm, dəli bir savaş!2001, 12 dekabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-bu-veten-bizim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarə,Qıl əfğan, ağla, şərh elə ki bəsdir yandım odlarə
Səhv düşəndə yerimizDuman dağı dolanar,Qiyamət olar.
Gər səninçün qılmayam çak, ey büti-nazik bədənGər səninçün qılmayam çak, ey büti-nazik bədən.Gorum olsun bu qəba, əgnimdə pirahən-kəfən.
GəlinSaldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,