Bir parça vətən getdi,Dağ uçdu, daş yeridi.Beyinlərə qan sızdı,Gözlərə yaş yeridi.

Qan vaxtı, qan məqamı,Şəhidlik – şan məqamı.Verməyə can məqamı,Keçməyə baş yeridi.

Vuruş hər qarış üçün,Torpaq üçün, xış üçün.Sabahkı barış üçünBu gün savaş yeridi.

2002, 30 may

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине