Narazı
Neyləsin boz səhrada dəvəsi ölmüş ərəb?Kimi ölmüş dəvədən, kimi atdan narazı.Biri gözündə nisgil, biri gözündə giley,Tərs gələn, bəd gətirən bir saatdan narazı.Fələklərə əl açan yetişmir muradına,Olur göy üzündəki yeddi qatdan narazı.Fikri üst-üstə düşmür oğul ilə atanın,Zat əsildən narazı, əsil zatdan narazı.Dözə bilmir zamanın zərbəsinə, zülmünə,Çat ürəkdən narazı, ürək çatdan narazı.Barmaq ilə sayılır Allahından razılar,Hamı bir nəfər kimi bu həyatdan narazı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-narazi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gəl, sabahın gözüylə baxaq bu sərt günlərə,Kim xalqa necə baxdı, bilər gələcək nəsil!
Alçağa nəsihətŞərik olma heç kəsin sevincinə, qəminə,Getmə yaxının, yadın toyuna, matəminə.
Şəhid ruhuUlu Tanrı! Bu qədər aman olmaz, ah olmaz,Ulu Tanrı! Bu qədər dərd ürəkdə şah olmaz.
Şəhidlərin iliDünən bir ili də qoyduq arxada,Dünən şəhidlərin iliydi, qardaş!