Şəhidlərin ili
Dünən bir ili də qoyduq arxada,Dünən şəhidlərin iliydi, qardaş!Göynəyən ananın qəlbi, ürəyi,Sızlayan övladın diliydi, qardaş!
Öz qanı içində üzən kimiydi,Əzilən bilirdi əzən kimiydi.İnsafı, Allahı gəzən kimiydi,Allah alçaqların feliydi, qardaş!
Heç nə yandırmazdı adamı belə,Quruyan dənizmi, adamı belə?Xalqın ən ağıllı adamı belə,O gün havalıydı, dəliydi, qardaş!
Nə bayram, nə şadlıq gətirirdilər,Qanlı bir “azadlıq” gətirirdilər.Yoxsulluq, kasadlıq gətirirdilər,İş görən düşmənin əliydi, qardaş!
O gün təbiətin rəngi sarıydı,Güllələr zamanın yağan qarıydı.Kəsilən millətin şah damarıydı,Qırılan Vətənin beliydi, qardaş!
Oğul öldürənin oğlu yoxuydu,Başsız bir başçının ağlı yoxuydu.Bizimtək sinəsi dağlı yoxuydu,Xəyanət qan soran zəliydi, qardaş!
Şəhidlər yay olub gərilmişdilər,Döşənib torpağa sərilmişdilər.Elə bil ölənlər dirilmişdilər,Elə bil dirilər ölüydü, qardaş!Kəsilən millətin şah damarıydı,Qırılan Vətənin beliydi, qardaş!!!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-sehidlerin-ili
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gülüşü əsirgəməyin dodağınızdan,İçənlər qoy ovuc-ovuc içsin.
Dolu getdim, dolu gəldimSəfər etdim söz dalınca,Dolu getdim, dolu gəldim.
Yar qoşmasıAxşamüstü yar yanına gəlirdim,Yar get dedi, yar get dedi, neyləyim.
Durula bilmirZaman bulandırır əhvalımızı,Axşamı saflaşıb, danı durulmur.