Qələbə qartalı bir qanad açdı,Səadət dünyaya min şölə saçdı.

Qanovuz boyandı səhərin rəngi,Dəyişdi nəğmənin, şerin ahəngi.

Özgə məlahətlə oxudu kəklik,Bu günü hər yerdə biz bayram etdik.

Şiş dağlar başının tacı qar gülür,Qardaşı qayıdan bacılar gülür.

Dərd-qəm başdan aşdı, demirəm nahaq,İndi gəl, sevgilim, gəl qucaqlaşaq!

Vətən toy libası geyinir bu gün,Başlanır şəhərdə, kənddə toy-düyün.

Körpə qatilləri çəkilir dara,El haqq məhkəməsi qurur onlara.

Ayrılıq ahları deyilmiş nahaq,İndi gəl, sevgilim, gəl qucaqlaşaq!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине