Məhlə yaraşığı bir meynə vardı,Yaşıl çətir idi neçə eyvana.Ötənlər dönərdi, ayaq saxlardı,Əhsən söyləyərdi baxışlar ona.Firavan vurmuşdu başa illəri,Qayğısız saçları tökülü idi.Təzə kəsilmişdi bu yaz telləri,Hələ yarpaqları bükülü idi.İnana bilmədim bu gün gözümə –Meynəni kökündən üzülü gördüm.Kim qıyıb?! – vaysındım özüm-özümə,Sualı cavabla... küsülü gördüm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов