“Millət geri qalıb...” deyir
Hey əyilir sola, sağa,Döyür nala, döyür mıxa.Yuvasından çıxan bağaÇanağını bəyənməyir –“Avropayi” mahir yaltaqYırğalanır lovğa-lovğa:“Millət geri qalıb” deyir.
Nə şanı var, nə də şəsti,Sayılmaqdır dərdi-qəsdi.Fikrən “azaddı”, “sərbəstdi” –Hər nə oldu, çərənləyir,“Mən də varam” ədasıylaYamsılayır modernisti,“Millət geri qalıb” deyir.
Mehvərindən qopa-qopaYatmır ipə, yatmır sapa.Bilmir harda ülfət tapa,Ar çeynəyib, qeyrət yeyir, –Keşiş kimi saç buraxıbƏcdadını tutur topa,“Millət geri qalıb” deyir.Şit zövqülü qız donutəkQəlbi rəng-rəng, şərfi rəng-rəng,Köynəyi də alabəzək,Şalvarını daram geyir.Dodaq büzüb ətrafınaQaş-gözünü süzdürərək“Millət geri qalıb” deyir.
Qanmır xeyri, qanmır şəri,Əl tutmağa yox şakəri.Dost da bilməz bir nəfəri.Aşağıya meyl etməyir,Yuxarıda yoxdur yeri,Mızıldanıb öz-özünə“Millət geri qalıb” deyir.
Fikri nimdaş, özü cavan,Nitqi duzsuz, sözü yavan,Əyyaşlıqla vaxtı sovan...Quraşdırır şeir-meir.Oxucunu kəmetina,Xalqı susmuş görən zaman“Millət geri qalıb” deyir.
Şəxsiyyətsiz şəxsiyyətdir,Guya çılğın, guya sərtdir,Hər əməli qəbahətdir.Dar məqamda gülümsəyir...Güzəşt etsən, bağışlasan,Könlün alsan... kəmfürsətdir –“Millət geri qalıb” deyir.
Səsləyirsən, gəlmir yola,Meyə meyl sala-salaHər gün bir az gedir dala.Yenilikdən nitq eləyir(Eşitməyən, xoş halına!)Özü avam ola-ola“Millət geri qalıb” deyir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-millet-geri-qalib-deyir
Клавиши ← → для перехода, R — случайное стихотворение