Fəxrəddinli ucalığım
(Elegiya)
Yaman çılğın, yaman da sərtBir uşaqdı Fəxrəddinim.Yaranmışdı xisləti mərd,Nahaq işə, sözə qənim.Dediyindən dönməz idi,Alışdımı sönməz idi.Kövrək idi körpəlikdən,Bulud idi – tutqun, dolu.Toxunsaydın xətrinə sənUzanardı üzüquylu.
Qıdıqlayıb durquzsaydınGülə-gülə ağlayardı,Böyüklərtək açıq-aydınSonra küsü saxlayardı.
Göz yaşını silə-siləDeyərdi ki, “mənə baxma...”Kar etməzdi sıxma-boğma,Yumşalardı xoş söz ilə...
O dəcəlim yaşa doldu,Sayılan bir kişi oldu.
Sözü bütöv, vədəsi düz,Əliaçıq, könlü toxdu.Başqasının şöhrətində,Qismətində gözü yoxdu.
Futbolu da, məclisi də,Bilyardı da çox sevərdi,Sinəsinə tar qonandaAçılardı pünhan dərdi.
“Çahargah”la uçub gedər,Karvanlara qoşulardı.“Min bir gecə” diyarındanSöz salmağa şövqü vardı.
Onu erkən oyatmışdıOxuduğu nağıl, dastan;Məhvərindən oynatmışdıHəvəsini Ərəbistan.Bir gün getdi uça-uçaArzusunun arxasınca.
Gəncliyinin səsi-ünüGəldi ərəb ellərindən.
Qəriblikdə keçdi günü,Hər sözünün başı vətən.
Fəqət onu qara kölgəTəqib etdi ölkə-ölkə –
Yetmiş üçdə, DəməşqdəTale yaman gəldi hədə:
Allah, necə yada salımO zamankı harayını,Özün danış, qadan alım,Dillənməyə tabım hanı?
Yazırdın ki “məlum deyilQalacağam, öləcəyəm.Sağ qayıtsam, AzərbaycanTorpağını öpəcəyəm...”
O vaxt sənin yazıq atan;O talesiz başıdaşlı
“Mən də hələ sağam...” deyəŞer yazdı gözüyaşlı.Azaldıqca gümanımızGöyə qalxdı amanımız.
Nə gündüzlər oldum aram,Nə rahatlıq verdi gecəm.Anan dedi: “Fəxri balamSağ qayıtsın, dilənəcəm...”Sonra... Bəsrə, Bağdadda daVətən oldu son pənahın;Dar məqamda çatdı dadaAna ahı, ata ahı –Eşitdik ki, lap yanınaMərmi düşüb... partlamayıb.Çox sıdqıdıq sına-sınaGünü sayıb, ayı sayıb.
Qurban dedik, qovduq şəri,Sağ-salamat döndün geri.
Geri döndün alnıaçıqİyirmi bir yaşlı cavan –Baxışında zillət izi,Portfelində “Fəxri-fərman”.
Küçələrdə anan o günYalvarırdı hər gələnə:“Əhdim vardır, dilənirəmBeş-on qəpik verin mənə...”
Övlad dərdi çəkmişlərəTükürpədən bu hal bəlli,Duyğusuzsa baş açmayıbDedi: “yazıq olub dəli.”
Nağıllaşıb dilə düşdüTəlatümlü sevincimiz.
O “Səadət sarayı”ndaGördük oğul toyunu biz –Min doqquz yüz yetmiş səkkiz10-u fevral, cümə günü...Kim unudar o bəxtəvər,O mübarək toy-düğünü.
O gün unudulmazdır, bir də ona görə ki, bizim də – Fəxrəddinin valideyninin də toyu fevralın 10-na (1952-ci il) təsadüf etmişdi. Bu toyun masabəyisi Səməd Vurğun idi. Mötəbər ədiblər, sənətkarlar, müəllimlər adsız-sansız cavan bir şairin xoşbəxtlik gününü qeyd etməyə toplaşmışdılar... Həmin ilin payızında Fəxrəddinim dünyaya gəldi, sonra da... qardaşları. Fevralın 10-u ocağımıza uğurlu olmuşdu. Bəlkə də bu səbəbdən ilkimizin toyunu da həmin günə təyin elədik. O da bəxtəvərliyə çatdı. Taleyindən razı idi (Nə biləydi ki, altıca ilin tamamında elə həmin gün – fevralın 10-da...).
Ev-eşikli, dərdsiz ailə,İstəyincə münasib iş...Unuduldu gülə-güləKeçirdiyi qorxu-təşviş.
Doğru sözmüş, heç sən deməOrtaq imiş şadlıq qəmə.Nəhayətsiz sevinc olmaz,Əkiz imiş toy ilə yas.
Bəxtəvərlik gəldi gözə...Sovuşmadı, yox, təhlükə.Möhlət verib on il bizəMarıqdaymış həmin kölgə.
Kiprik çalıb göz açıncaPeyda oldu uça-uça.
Gördü Fəxrim FərəhiləDayanıbdır lap hədəfdə –Evə qalxmaq niyyətiləAyaq bascaq balam liftə,
O kölgədən – bəd taledənNida gəldi: “yubatma, çək!..”(Bu sözləri deyəndə mənQuruyaydı dilim gərək).Qəltan oldu öz qanına,Qolları düşdü yanına.Sındı belim, uçdu qalam,Qıyya çəkdi Fərəh balam.Yuxusundan dik atıldıAtasından əli çıxanİki yaşlı Ayazım da;
Gəldi, qışqırıb bayıldıHarayına eli yığanİlk gəlinim – o qızım da.
Nə oldusa oldu mənə.Yetişdim dözüm həddinə.Tamaşaya gəldi BakıMüsibəti-Fəxrəddinə.
Qardaşları, anası kür,Əmi ağlar hönkür-hönkür.10-u fevral – toy günümüzİndi onun yas günüdür.Qəfil xəbər nə təlaşlı –Eşidənin gözü yaşlı,Ayaq üstə keçinibdirDayıları bəlli-başlı.
Tanış-biliş həyəcanlı,Nənə gəldi üzüqanlı,Cənazəni qucaqlayıbLayla dedi ah-amanlı:
“Kəsilibdir yuxu qənim –Huşa gedib gülüm mənim,
Bu qədər də yatmaq olar?Ayıl balam, ayıl balam,Nənəni də atmaq olar?Ayıl balam, ayıl balam.Cana gəlim sözlərindən,Ayıl balam, ayıl balam,
Öpüm gülən gözlərindən,Ayıl balam, ayıl balam...Ağı desin hər ağlayan,Balasına yas saxlayan.Halsızam, qoy çatım sənə,Dayan, Fəxrəddinim, dayan.
Dayan, desin yuxu yozanHəqiqətsən, ya arzusan.Hara belə? Axı özünBu dünyaya tamarzısan.
Ağı desin bibiləri,Nalə tutsun göyü, yeri.Yığın bura, şivən quraqƏri ölmüş gəlinləri.”
Bilmədim ki, hara qaçım –Saçlarımı yola-yolaQabağımı kəsdi Leyla,Ağı dedi Şölə bacım:
“Yola çıxdıq, yağış oldu,Sazaq gəldi, qar-qış oldu.El-obanın alqışlarıQardaşıma qarğış oldu.
Qardaş qəlbi yaralıdı,Tərpətməyin paralıdı.Onun tərlan balasınaQıyan ovçu haralıdı?!
Nahaq deyil bu sualım,Qınamayın qadan alım,Bizim eldə görünməyibBelə cəllad, belə zalım.
Həzin-həzin desin ağıSeyrongahın sahil bağı.Gəl, küçələr sənsizləşib,Ay şəhərin yaraşığı...”
Bir an ağlaşma kəsdi,Elə bil son nəfəsdi –Gəlirdi qırıq-qırıqAta ünlü hıçqırıq:
“Ölüm asan, dözüm çətin,Bu dözümə dözüm çətin.Fikri çaşqın, dərbədərəm,Sözə baxır sözüm çətin.
Sözlü Fərəh qalıb naçar,Ayazım təzə dil açar.Qapı zəngi çalınanda“Atam gəldi...” deyib qaçar.
Ağı desin səslilər,Taleyi qəfəslilər.Ağac əkib bəslədim,Bar üstündə kəsdilər...”
Otuz bir yaş... iki körpəBöyüdürdü öpə-öpə.
Dar etmirdi o yurdunu –yuvasını heç bir kəsin.Tanıyanlar sevir onu,pisliyini bilən desin.
Torpaqsevər bir mərd idi,bir dost qəmi min dərd idiOnun kövrək ürəyinə.
Süfrəsinə, çörəyinəMüzayiqə etməz idi,söz-söhbəti bitməz idi...
Yaraşıqlı qamətinəYaraşırdı gur səsi də,Qürur üstə köklənmişdiAldığı hər nəfəsi də.
Onun ərəb lisanındaÜfüqləri yara-yara:“Hünə Bəku...” yayılırdıDalğa-dalğa uzaqlara.
Halal ömür, halal qazanc,Bir qarnı tox, bir qarnı ac...
Min qayğılı iki körpəBöyüdürdü öpə-öpə.Çəkə-çəkə cəfasını,Gözləyirdi səfasını.Dar etmirdi heç bir kəsinO yurdunu-yuvasını.
Varmı sahib göyə-yerə.Varmı münsif xeyrə-şərəKörpələrin: “Atam hanı?”Sualına cavab verə.
Cavab verə qəlbi talanQohum-qardaş, el səsinə.Fəryad edib şivən salan,“Oğul” deyə mələr qalan
Ata-ana naləsinə?Nə faydası harayımın?Ömrün-günün qürub çağıSağalarmı sinə dağı?
Nə faydası harayımın –Uçub tale sarayımınƏzəməti, zirvə tağı –Fəxrəddinli ucalığı.
Nə faydası... AnasıHey sızıldar, hey inlər,Öz canına qəsd dilər –
Ağac əkdik, neyləsin,Bar üstündə kəsdilər...
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-fexreddinli-ucaligim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məhlə yaraşığı bir meynə vardı,Yaşıl çətir idi neçə eyvana.
Baharın məktubuKöksünü üfüqə söykəyən baharƏlinə gah fırça, gah qələm aldı.
İki lövhəYolun alt tərəfi pambıq tarlası,Yolun üst tərəfi gömgöy zəmidir.
Bulaqların mahnısıAxar sızıltıyla yol gedə-gedə,Endikcə, qalxdıqca coşar bulaqlar.
Стихи других поэтов
Yenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.