Açılmamış kitablar varÖnümüzdə qalaq-qalaq,Ömrümüzün sabahındanSəhfəsində min-min soraq.Açılanda səhifələrO sehrli hərfləriYola düşür qatar-qatar;Hər birində əsrin sirri,Atom gücü, qüdrəti var.Asan deyil hər yetənəSözlərini höccələmək.Oxumaqçın əsrə layiqBilik gərək, savad gərək!Açılanda səhifələrGünəş çıxır, şəfəq yağır.Qapananda kölgə enirYer üzünə ağır-ağır.Açılanda bu güzgüdəBir görürükyurdumuzu,özümüzü.Qapananda – nəşələrləQapayırıqqapımızı,gözümüzü.Açılanda – cərgələnirMin təzə ev, təzə binaÖlkəmizdəqarış-qarış.Qapananda,yüz peykimizCövlan edibGöy üzünəulduz taxırnaxış-naxış.Açıldıqca bu kitablarHər sətrindən bir iz qalır.Ya alına qırış düzür,Ya saçlara o, dən salır...Bu hikmətli cildlərdənOxumuşam qırx birini,Onlar mənə açıb demişBu dünyanın çox sirrini.

Onlar ömrün zinətidir,Mən onlara çox möhtacam.Bilməyirəm indən beləNeçəsini oxuyacam?Bilməyirəm, bilməyirəmBunu ancaq –Kitablardan neçəncisiGözlərimin qarşısındaƏbədilik qapanacaq?!Fəqət hələ oxuyuram,Kitablardan biri bitir,Çevirirəm səhifəni,Çevirirəm aram-aram.Oxumağa dəvət edirTəzə kitab yenə məni.Bu kitab da ağırlıqdaSilsiləli uca dağdır.Qalınlığı, həcmi yenəÜç yüz altmış beş varaqdırOxuduqca zirvələrəÇəkəcəkdir kamal səni.Yüz sehrli məna bəzərBurda hər bir səhifəni.Təzə kitab – təzə duyğu,Təzə ömür, təzə sözdür.Təzə kitab – iti sürət,İti baxış, iti gözdür.Təzə kitab – qəşəng arzu,Qəşəng uşaq, qəşəng nəsil!..Təzə kitab – gözəl nemət,Gözəl iqlim, gözəl fəsil!Təzə kitab – millətlərinTəzə zəfər dastanıdır.Təzə kitab – ağ yalanaQara zənci üsyanıdır!Təzə kitab! İnsanlığaGüclü bədən,Güclü qanad,Güclü qoldur,Təzə kitab!.. MisralarıUlduzlara gedib çıxanAçıq yoldur!ÖnümdədirTəzə kitab!Onda əsrin neçə-neçəDüyününə, sualınaYazılmışdır təzə əlac,Təzə cavab!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов