Zaman bulandırır əhvalımızı,Axşamı saflaşıb, danı durulmur.Min duru çeşmənin gözlərinə bax,Yenə də adamın qanı durulmur.

Bir uçan saraydı, hər sınan könül,Himindən çökürsə, durula bilmir.Bir anın içində bulanan könül,Bir ilin içində durula bilmir.

2010, 5 mart

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов