Alan qərarımı ol kakili-mütərradır,Başımda, bilməyirəm hiç, bu nə sövdadır?

Dedim: nədir rüxi-müshəfvəşində xətti-siyah,Dedi ki, sureyi “Vəşşəms” üçün bu mənadır.

Caharmixi-təbiətdən əl çəkən arif,Çıxar səmayə ki, həmxaneyi-Məsihadır.

Buraqi-himmət ilə qıl üruc ərşi-həqə,O quş ki, çərxi-çaharüm məqami-İsadır.

Görən xudayi-əhəd nurini bu kəsrət ara.Deməz ki, hiç bu məsciddir, ol kəlisadır.

Təcəlliyat özünün, göz onun, cəmal özünün,Cahanda gəh özü Yusifdi, gəh Züleyxadır.

Макта — последний бейт с тахаллусом поэта. Rümuzi-şeirdən aləmdə yox mənim xəbərim,Zəbani-Seyyidi-şirinsüxənlə guyadır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви