Gülüşü əsirgəməyin dodağınızdan,İçənlər qoy ovuc-ovuc içsin.Sevgini əsirgəməyin bulağınızdan,Ömür adlı çəməndənBal süzün, qaymaq çəkin.Ağlayanla hönkürün,Gülənlə şaqqanaq çəkin.Sevindirin ürəkləri,Güldürün baxışları.Qoy ömürlər uzansın,Artırın duaları,Çoxaldın alqışları.Ovundurun qocaları,Gülləndirin uşaqları,Qoy xoş söz eşitsinİnsan oğlunun qulaqları.Ömür dünyanıtutmaq üçün deyil!Beş-on günlük möhlətdi –İnsanlığı, insanı,hər gün sınağa çəkənİmtahandı, fürsətdi.Bu gün nə eyləsəniz,Allahdan icazədi, izindi.Sabah Tanrıdan ixtiyar,Allahdan izin olmayacaq.Bu gün sizin olanların heç biri,Sabah sizin olmayacaq!

2010, 22 mart

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов