Alçağa nəsihət
Şərik olma heç kəsin sevincinə, qəminə,Getmə yaxının, yadın toyuna, matəminə.Alçaqlıq eyləməkçün fürsət keçir çəminə,Qəm üstünə qəm gətir, dərdi dərdə qalaq vur!
Bu qədər ki, hərissən sərvət üçün, zər üçün,Xalqa zəhər verirsən, bir damla şəkər üçün.Əsirgəmə ömrünü böhtan üçün, şər üçün,Bəslə bəd əməlləri, bir-birinə calaq vur!
Qıfıl ol ağızlara, qandal ol həvəslərə,Dodaq çevir, ağız büz ilahi nəfəslərə,Həmfikir ol hər zaman haqqı danan kəslərə,Haqq yolu gedənlərə gündə bir badalaq vur!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-alcaga-nesihet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Aman haramı katdalar,İnsafı görün arada.
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Cana, üzündəki o iki mahitabə bax!Cana, üzündəki o iki mahitabə bax!Qəlbimdəki bu dərdə, qəmə, iztirabə bax!
BaxBizi yoxdan var eləyən ol şahi-dildara bax,Abı,ataş,xaki, baddan xəlq olunan insana bax,