Kövrəlir
Bir zaman darağa yatmazdı tellər,İndi tumar tutub, saç da kövrəlir.Yollar baş alanda payıza doğruAxır, yanağında yaş da kövrəlir.
Enirsən enişi, gəzirsən düzü,Elə bil sənindi dünyanın üzü.Əllidə deyirsən keçərəm yüzü,Yetmişə çatanda yaş da kövrəlir.
Fürsət əlindədir, dövranını sür,Eşqinlə çağlasın bu Araz, bu Kür.İllərin əlində neyləsin ömür,Məqamı çatanda daş da kövrəlir.
1977, 22 iyul Laçın
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-kovrelir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
Ana bilməsinGedən qasid, sən Allahı sevirsən,Elə gəlsin getsin, ana bilməsin.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım