Qayıdasıyam
Arzularım gözəlləşibŞəhərə dönsə,Gecələrim işıqlanıbSəhərə dönsə,Hər səfərim ən mənalıƏsərə dönsə,Yer üzünü qarış-qarışGəzsə də ilham,Bir gün dönüb bu yerlərəQayıdasıyam.
Dilimizin dadı burda,Şirəsi burda.Sözümüzün balı burda,Kərəsi burda.Bir ömürdü günləriminHərəsi burda.Dodağımda şeirə dönübHər düşən axşam.Bir gün dönüb bu yerlərəQayıdasıyam.
Odu sönməz, külə dönməzYanar ocaqlar.Ömür burda yüzü keçər,Yüz biri haqlar.Gur bulaqlar nur payımıGözündə saxlar.Zirvədə qar, düzdə çiçək,Qayada suyam.
Bir gün dönüb bu yerlərəQayıdasıyam.
Ata əli toxum səpən,Torpaq payım var.Ana əli alışdıran,Ocaq payım var.Bu dağları səsləməyəBir harayım var.Neçə yatmış xatirəniOyadasıyam.Bir gün dönüb bu yerlərəQayıdasıyam.
1977, 18 iyul
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-qayidasiyam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Çərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Ey əzizim, sənə ibrətdi bu söz, eylə qəbulEy əzizim, sənə ibrətdi bu söz, eylə qəbul,Xəlqdən çəkməgilən gərdənə çox bari-giran.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,