Yaz
Jurnalist dostuma
Dostum, nə kağız, nə qələm götür,Nə də bir dəftərin qırağına yaz.Mənim bu yamyaşıl duyğularımı,Yaşıl bir ağacın yarpağına yaz.
Yansın yarpaq üstə fikrim zər kimi,Yağsın duyğularım ətirlər kimi,Ayaq izlərimi sətirlər kimi,Bu yurdun bir ovuc torpağına yaz.
Ayağa salmasın ötən eşqimi,Ruhumda göyərib bitən eşqimi,Mənim el sevgimi, Vətən eşqimi,Vətənin ucalan bayrağına yaz.
Nökəri özüməm, eşqin şah olsa,Ölmərəm, sevgimdən el agah olsa.Bu müqəddəs işdə bir günah olsa,Zəlimxan Yaqubun ayağına yaz.
2002, 29 iyul
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-yaz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Çocuqluğumda eşitmişdim eşqin atəşi var,Diyordular ki, o hər hanki qəlbə düşsə yaqar.
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Ey istəyən yari, sevən dildariEy istəyən yari, sevən dildari,Mülki-məhəbbətdə gərəkdir ixlas.
Şe’r və məhəbbətŞadam səri-kuyində nikahban ola bilsəm,Bir dəm hərəmi vəslinə mehman ola bilsəm.