Gözün giləsi kimi
Yalanlar həqiqətinbağrını yara bilər,Bədxahlar nuru zülmət,ağı da qara bilər.Bir gecənin içindəsaçlar ağara bilər,Xeyirxahlar qatmasa,canına can millətin.
Ordular hazır olar,oğullar durar səfə,Ər igidlər can verərtarixi bir şərəfə.Gülləni sərrast atıb,vura bilsə hədəfə,Taleyini həll edəro bircə an millətin.
Baş tapıb yağılarınəməlindən, işindən,Haqqı saldırmaq gərəkyağıların dişindən.Şeytan da baş açammazsağalmaz vərdişindən,Özü öz taleyinəböhtan atan millətin.
Hər kəs öz dinindədiröyrənsə də hər dini,Özü çəkə bilməsə,kimdi çəkən dərdini.
Gözün giləsi kimiqorumasa yurdunu,Nə bəyi bəy olacaq,nə xanı xan, millətin.
Səsinə səs verməsən,dağlar yanar ahından.Haqqını qaytarmasan,haqq keçməz günahından.İncisə tanrısından,soyusa Allahından,Ürəyinə dərd sızar,beyninə qan, millətin.
Qarışıq bir zamandı –kim oğru, kimi doğru.Torpaq bütövləşməsəgetməz ürəkdən ağrı.Elin gözü səndədir,durma, ey Vətən oğlu,Dərdinə dərman eylə,halına yan millətin.
2002, 13 sentyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-gozun-gilesi-kimi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
چو وقت آمدنم دیر شد بهانه نمود
SevincBu gün mən dolaşırkən, bu əmək torpağındaSaçlarım təbiətin bülluri darağında
Fəlsəfənin riyaziyyatıKitab da bir ömrün vəsiqəsiymiş,gah sevinc bürüyər, gah kədər məni.
Uzun bir cümlədir vətən torpağıHaqqın arxasınca günəş izində,Günəylə, quzeyin Türk vadisində