Səndən dili bilən olmaz
“Nur” sözündən nurlanmasan,“Qor” sözündən qorlanmasan,“Bar” sözündən barlanmasan,Səndən dili bilən olmaz.
Ruhunda “Heyratı” yoxsa,Eşqin min bir qatı yoxsa,Dilində bayatı yoxsa,Səndən dili bilən olmaz.
Sözün yolu, izi nədir,Sehrləyən bizi nədir?Bilməsən ki, xəzinədir,Səndən dili bilən olmaz.
Dərd duymasan, ah bilməsən,Öz dilini şah bilməsən,Ananı Allah bilməsən,Səndən dili bilən olmaz.
Qanında bir səylik varsa,Canında bir keylik varsa,Ruhunda ögeylik varsa,Səndən dili bilən olmaz.
Nə bir qəlbin alovusan,Nə bir çaxmağın qovusan,Özgə dillərin ovusan,Səndən dili bilən olmaz.
Bir qəlbin min gülüstanı,Bir ömrün neçə dastanı.Duymasan “Şəbi-hicran”ı1,Səndən dili bilən olmaz.
O, Sabirin rübabıdı,O, Cəlilin əzabıdı.O, “Anamın kitabı”dıSəndən dili bilən olmaz.
Yada doğma, yaxına yad,Dilim səndən dad çəkər, dad.Yatmısan, ey dadi-bidad,Səndən dili bilən olmaz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-senden-dili-bilen-olmaz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nəvəm babasından şeir istədi,Onu ən müqəddəs bir anda yazdım.
TuranımaAy mənim Turan balam,İyirmi birinci əsri,
Nəvəm FatehəÇiçək üstə arımız,Gül üstündə şehimiz.
UstalarÖzümə ev tikir, yuva qururam. Xeyli müddətdir ki,*evimizdə ustalar işləyir. Hacı, Mu xtar, Şamil, Ağalar.*
Стихи других поэтов
Vurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
MollanınAy hazarat, ar etmirəm deməyə,Çatıbdır yalanı dizə, mollanın.
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,