Ustalar
Özümə ev tikir, yuva qururam. Xeyli müddətdir ki,evimizdə ustalar işləyir. Hacı, Mu xtar, Şamil, Ağalar.Hansının adının birinci çəkilməyinə baxmayaraq, hər biriözlüyündə birinciliyə layiqdi. İstər sənətdə, qabiliyyət-də, istəradamlıqda, mərifətdə. Elə bil yüz ildi bir-birimizi tanıyırıq.Doğma qardaş kimi bir-birimizə qaynayıb-qarışmışıq. Onlarartıq mənim tərcümeyi-halımın bir hissəsinə çevrilib, yaddaşvə könül dünyama daxil olublar.
Nə zaman gəlirəməliniz işdə,Üstünüz-başınıztoz-torpaqdadır.İşində heç zamanxəyanət olmaz,Haqq iş görənlərinəli haqdadır.
Hər sığal çəkəndədaşa, taxtaya,Sanki saçlarımatumar çəkirsiz.Otaqdan-otağaişıq teli yox,Elə bil qəlbimdəndamar çəkirsiz.
Əllər yaraşdırırkərpici, daşı,Əllər qaralmasa,üzlər ağ olmaz.
Sevgidi, ürəkdi,hər şeyin başı,Ürəksiz heç nəyiyaratmaq olmaz.
Gözünüz işıqdı,qəlbiniz çıraq,Tanrı ruhunuzaqol-qanad verib.Allahın verdiyixoşbəxtliyə bax,Gör, sizə nə qədəristedad verib.
Yaratmaq istəyiürəyinizdə,Bitir sünbül kimi,dolur dən kimi.Mişar da, balta da,mismar da, mıx da,Sizi başa düşür,siz deyən kimi.
Nə isə deməyəehtiyac olmur,Fikrimi gözümdənoxuyursunuz.Yox, siz bir şairəev tikmirsiniz,Bir sənət xalısıtoxuyursunuz.Bu, şair evidi,el qapısıdı,Gör, bura nə qədərmillət gələcək.
Bura hər gələninbaxışlarındaSizə bir əvəzsizhörmət gələcək.
Təriniz qarışdıtorpağa, suya,Hər şeyə baxırdımmən duya-duya.Əbədi düşmənəmbaşdansovduya,Baş qoyub, hər şeyibaş yaratdınız.
Pəncərə dilində,qapı dilində,Döşəmə dilində,tavan dilində,İlmənin, naxışın,rəngin, boyanın,Dili var, dindiribsevən dilində.Nə varsa, hər şeyidanışdırdınız,Mahir ustalığınrəvan dilində.Siz bir möcüzəliiş yaratdınız,Dadın bu dünyanınhər nemətindən.İştah şəkər olsun,ağız bal olsun,Mənə bu zəhmətihalal eyləyin,Sizə neylədimsə,qoy, halal olsun.2002, 13 noyabr
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-ustalar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həmişə yüksəliş həsrətindəyəm,Məni yüksəklərə tuş eylə, Tanrım!
SəninkidirBoylan, başın üstə yüksəkliyə bax, insan,Əllərin çatmasa da, o uzaq səninkidir.
GecikdirməSəhərləri açan kişi,Aç səhəri, gecikdirmə.
Tanrı hədiyyəsiAçın mənim qəlbimi, oxuyun kitab kimi,Orda ilham adında cilvəli bir pəri var.