Gecikdirmə
Səhərləri açan kişi,Aç səhəri, gecikdirmə.Üfüqlərdən üstümüzəYağan zəri gecikdirmə.
Gecə laldı, qaranlıq kar,Fikrim geniş, meydanım dar.Səhərlərə səfərim var,Bu səfəri gecikdirmə.
Sən balıq ver, tilov məndə,Sən çınqı ver, alov məndə.Sən bir at ver, cilov məndə,Ağ kəhəri gecikdirmə.
Ölüm varsa, qalım yoxdur,Ölüm qədər zalım yoxdur,Bəd xəbərə halım yoxdur,Xoş xəbəri gecikdirmə.
Bir gün toya, bir gün yasa,Fürsət azdı, ömür qısa.Dediklərim olmadısa,Ver zəhəri, gecikdirmə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-gecikdirme
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tərlan təki seyrə çıxar,Qarlı dağlar aşar xəyal!
Yuvadı, məskəndi dərdə, sevincəYuvadı, məskəndi dərdə, sevincə,Görünər kitabtək oxunan olsa.
DilMənim doğma Azərbaycan dilimdir,Alov dili, atəş dili, köz dili.
Etibar olarmı özgə dağlaraEtibar olarmı özgə dağlara,Söykənmək istəsən, öz dağın ola.
Стихи других поэтов
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Anam dilli qardaşımDinlə qan qardaşını, qabar əlli qardaşımMən sözlü, mən arzulu, mən könüllü qardaşım,
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım