Tərlan təki seyrə çıxar,Qarlı dağlar aşar xəyal!Gah dediyi yerdə gəzər,Gah yerini çaşar xəyal!

Qardaşıdı qeyrətlə ar,Qara saça yağdırar qar.Şəlalədi, işıq saçar,Dəli seldi, daşar, xəyal!

Şirin candı can içində,Eşq əhlisən, yan içində.Ərzi gəzər an içində,İnsan ilə yaşar, xəyal!

1973, 8 noyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов