Ana bilməsin
Gedən qasid, sən Allahı sevirsən,
Elə gəlsin getsin, ana bilməsin.
Arif çoxdur məhəbbəti anlayar,
Pünhan gəlsin, bizim xanə1 bilməsin.
Qəvvas olan dəryalardan daş tapar,
Qəlbi yanan rüxsarı yaş tapar,
Arif çoxdur məclisində baş tapar,
İşarət anlayıb, qana bilməsin.
1 Ev
Seyraqublar dost yoluna düzülər,
Ah çəkməkdən bağrım başı üzülər.
Bir muyu üzülsə, canım üzülər,
Elə sığal çəksin, şana bilməsin.
Abdullayam, necə dözüm fərağa,
De, təşrif buyursun, gəlsin otağa.
Cəllad qaşlarına canım sadağa,
Müjganları çatıb qana, bilməsin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/usta-abdulla-bilmesin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yön çevirib bir məclisə varanda,Ağır otur, sağa-sola danışma.
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Gözün aydın“Mus-Mus!” deyə, axır Rza xan Mustafalaşdı,Gizlin bəzənib çıxdı üzə, maskasın açdı;
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı