Xatirəyə dönmək üçünölmək hələ bəs eyləmir.Xatirəsiz keçən ömürDodaqlarda sözə dönmür,qulaqlarda səs eyləmir.Dilsizin dilinə dönüb,Əlsizin əlinə dönüb,yolsuzun yoluna dönübBaxışlarda köz oldunsa,Torpaq kimi sadələşibAyaqlarda toz oldunsa,xatirəyə dönəcəksən!Ürəyində kibritdən yox,haqdan yanan çıraq varsa,Qonaqsansa el-obaya,evinizdə qonaq varsa,xatirəyə dönəcəksən!Ruhun düzdə geniş süfrə,Yaşıl dağlar sinəsindəGöy alaçıq olan günüxatirəyə dönəcəksən!Qapın açıq, qəlbin açıq,Alnın açıq olan günüxatirəyə dönəcəksən!Xatirəyə dönmək üçünölmək hələ bəs eyləmir.Xatirəyə dönən kişiİçini özünə zindan,özgəyə məhbəs eyləmir.

İçində dünya gəzdirir,qəlbində dərya gəzdirir.İçindəki divarı yıx,qəlbindəki məhbəsi qır,Haqqa tapın, haqqı çağır,xatirəyə dönəcəksən!Xatirəyə dönəcəksən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов