Alın yazısı
Tanışdımı yazı sana,Bax alnımın yazısına,Bax bir Allah rizasına,Gör bir orda nə yazılıb?
Gizlidimi, bəllidimi,Dərddimi, təsəllidimi,Misalların həllidimi,Gör bir orda nə yazılıb?
Nə yazıdı — yozmaq olmur,Nə yazıdı — pozmaq olmur,Əl xəttiylə yazmaq olmur,Gör bir orda nə yazılıb?
Qalmaq, yoxsa, bürünməkdi,Batmaq, yoxsa görünməkdi,Uçmaq, yoxsa sürünməkdi,Gör bir orda nə yazılıb?
Sevinc çoxdu, yoxsa ələm,Qılınc yazıb, yoxsa qələm,Neçə hərfdi, neçə rəqəm,Gör bir orda nə yazılıb?
Görən, duyan tapılmadı,Açan, soyan tapılmadı,Bir oxuyan tapılmadı,Gör bir orda nə yazılıb?2006, 7 fevral
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-alin-yazisi-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vaxt deyilən axar sudu, dayanmağı, durmağı yox,Düşür axşam, gəlir gecə, sökülür dan, keçib-gedir.
Salavat çevirOyan, tər çiçəklər oda düşəndə,Oyan, saf duyğular yada düşəndə,
ÜrəkdəElə ki, tuş gəldin od baxışlara,Əriyər, sellənər buzlar ürəkdə.
Oynama, bala!Mən sazın ruhundan qopan adamam,Mən sazın ruhuna hopan adamam,
Стихи других поэтов
Kaş ki, hər gözəl şairinAdına bir bulaq olsun.
Ey gül, səni bilməm necə ustad çəkibdirEy gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
Ayağa durmazZəhmətim əşəddir, bülbülüm gülsüz,Zar olur könlümüz, ayağa durmaz.