Elə ki, tuş gəldin od baxışlara,Əriyər, sellənər buzlar ürəkdə.Tahirə çevrilər, Zöhrəyə dönər,Baş-başa dillənər sazlar ürəkdə.

Yerə də, göyə də ətrini saçar,Yanaqlar allanar, dodaqlar qaçar.Qönçə dodaqlanar, tumurcuq açar,Sevgi yavaş-yavaş sızlar ürəkdə.

Sevgi yağışında göy çəmən oldu,Gəlin bulaq oldu, qız çəmən oldu.Elə ki, duyğular göy çəmən oldu,Gəzər dəstə-dəstə qızlar ürəkdə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе