Salavat çevir
Oyan, tər çiçəklər oda düşəndə,Oyan, saf duyğular yada düşəndə,Oyan, dan yerinə səda düşəndə,Gör necə sevilir, gör necə sevir,Hər səhər Günəşə salavat çevir.
Şöhrətçün yaşamır, ad üçün ölmür,Dünyanı yaxşıya, yamana bölmür,Tikanı da sevir, gülü də sevir,Əzizlə ilahi ədalətini,Hər səhər Günəşə salavat çevir.
Baxma ki, başında nurdan tacı var,Baxma ki, bir dərdə min əlacı var,Onun da sevgiyə ehtiyacı var,O da insan kimi sevilir, sevir,Hər səhər Günəşə salavat çevir.
Fəxr elə bu nurla, ey insan oğlu,Yaşa bu qürurla, ey insan oğlu,Qara fikirlərin taxtını devir,Hər səhər Günəşə salavat çevir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-salavat-cevir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ağrılı günləri mən görməsəm də,Duymuşam anamın çəkdiyi qəmdə.
DönərdimQəlbin desə idi qəlbim deyəni,Sən gəzən dağlarda selə dönərdim.
Qılınc və xəncərBiri əyilməyib, biri əyilib,Qılınc əyri olub, xəncər düz olub.
DoğmayamHeç yerdə, heç zaman deyiləm qərib,Hara ayaq bassam, öz vətənimdir.
Стихи других поэтов · О любви
Ey ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
TələsməRamiz Mirişli bəstələmişdir*Dedim mən, sevirəm, dedi sevginən,
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Anlagil eşq nədir, dinlə, nə mənadır buAnlagil eşq nədir, dinlə, nə mənadır bu!Badeyi-lütfı-xuda, bəxşişi-mövladır bu!