Dönərdim
Qəlbin desə idi qəlbim deyəni,Sən gəzən dağlarda selə dönərdim.Qovardım üstündən dumanı, çəni,Saçını dağıdan yelə dönərdim.
Ruhları əllərdən almaq istəsən,Nəğmənin heyranı olmaq istəsən,Könlümü saz kimi çalmaq istəsən,Sinəndə bir gümüş telə dönərdim.
Niyə bel bağladım sənintək qıza,Gəzirəm qəlbimdən qan sıza-sıza.Zəlimxan nə desin sən ilqarsıza,Yerinə mən olsam, külə dönərdim.
1971, 17 yanvar
Kitabxana.az · https://kitabxana.az/ru/works/zelimxan-yaqub-donerdim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
خواهی که چو آفتاب مشهور شویچون مردمک دیده همه نور شوی
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,
Olmuşam dəhri-bəla içrə bu gün divanə mənOlmuşam dəhri-bəla içrə bu gün divanə mən,Varmadım meyxanəyə, sındırmadım peymanə mən.