Ağrılı günləri mən görməsəm də,Duymuşam anamın çəkdiyi qəmdə.Demişəm sözümü elə o dəmdə –O aylar, o günlər getsin, gəlməsin!O dağlar, düyünlər getsin, gəlməsin!

Gedənlər qırılıb, yarı gəlməyib,Evin yaraşığı, varı gəlməyib,Gör neçə gözəlin yarı gəlməyib,O nakam məhəbbət getsin, gəlməsin!O kədər, o həsrət getsin, gəlməsin!

Eh oğulsuz ata, qardaşsız bacı,Dəyib qəlbinizə min ağrı-acı.Bir də görünməsin qoltuqağacı,41-in havası getsin, gəlməsin,41-in davası getsin, gəlməsin.

1971, 15 noyabr

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов